azia.az
azia.az

Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ

17-12-2020, 04:54


Dünən Beyləqan rayon Təzəkənd kəndində şəhid Əliyev Tural Arif oğlunun dəfnində iştirak edən rayon İcra Hakimiyyətinni başçısı Asif Ağayevə bir neçə şəhid ailəsi etirazlarını bildiriblər.
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
Bu barədə Qlobal.az-a rayondakı mənbələr məlumat verib.

Məlumata görə şəhid ailələri icra başçısının onalara qarşı layqeydlik göstərdiklərindən gileyləniblər. İcra başçısı Asif Ağayev isə koronavirusun yayılmasını bəhanə gətirərək görüşlərin çətin olduğunu bildirib. Narazılığını açıq şəkildə dilə gətirən şəhid ailəsi başçı Asif Ağayevin ona göndərdiyi 300 manat pulu başçının ayağı altına atıb. Beyləqan sakinləri bildirirlər ki, icra başçısı Asif Ağayev şəhid ailələrinə qarşı layqeydliyi ilə seçilir. İddialara görə başçı şəhid dəfnində iştirak iştirak etməklə öz işini tamamlamış hesab edir. Nə onları qəbul edir, nə də onlarla maraqlanmır.

Rayon icra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilmədik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi