azia.az
azia.az

ABŞERONUN İCRA BAŞÇISI ŞƏHİD OĞLU İLƏ ÖZÜNÜ REKLAM EDİR – RÜSVAYÇILIQ - FOTO

20-07-2021, 13:13

ABŞERONUN İCRA BAŞÇISI ŞƏHİD OĞLU İLƏ ÖZÜNÜ REKLAM EDİR – RÜSVAYÇILIQ - FOTO
Abşeronun icra başçısı İradə Gülməmmədova özünü şəhid oğluna mobil telefon bağışlamaqla reklam edir. İH tərəfindən şəhid İşiyev Rafael Əhmədağa oğlunun həyat yoldaşı Sevda İşiyeva ilə əlaqə saxlanıb, övladı Hüseynin istəkləri öyrənilib.

Qəhrəmanımızın oğlunun mobil telefon (Samsung-A52) istədiyi müəyyən edilib. Mobil telefon Xırdalan şəhər 27 saylı körpələr evi-uşaq bağçasının müdiri Samirə Məmmədova və Xırdalan şəhər 24 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Bayramova tərəfindən ailəyə təqdim edilib.

Bu hədiyyənin Abşeron İH tərəfindən ictimailəşdirilməsi, şəhid oğluna telefon təqdim olunarkən foto çəkdirilib yayılması ikrah hissi doğurub. Sosial şəbəkə istifadəçiləri bu faktı rüsvayçılıq adlandırıblar.

Üstəlik, hədiyyə iki bağça müdirəsi tərəfindən verilib, görünür, İ.Gülməmmədova Samsung-A52 almağın xərcini onların boynuna qoyub, özünü isə şəhid oğluna hədiyyə verməklə reklam edir Halbuki, “bir əlin verdiyini, o biri bilməz” prinsipi ilə davranılmalı, kiçik bir istəyin həyata keçirilməsi böyük iş kimi ictimailəşdirilməli deyildi.
ABŞERONUN İCRA BAŞÇISI ŞƏHİD OĞLU İLƏ ÖZÜNÜ REKLAM EDİR – RÜSVAYÇILIQ - FOTO
Ölkədə onlarla xeyriyyəçi, iş adamı var ki, qaziləri müalicə etdirib, şəhid ailəsinə dəstək olub, amma adını heç bir yerdə açıqlanmasına razı olmayıb. Bu, həm də şəhid ailələrinə bir mənəvi borcun yerinə yetirilməsidir.
ABŞERONUN İCRA BAŞÇISI ŞƏHİD OĞLU İLƏ ÖZÜNÜ REKLAM EDİR – RÜSVAYÇILIQ - FOTO
Lakin hər işi üz-gözünə bulaşdıran, bacısı oğlu, baş memarı rüşvətlə həbs edilən, Abşeronu qarış-qarış satan, fərdi ev tikintisinə görə rüşvət yığdırmaqla ad çıxarana icra başçısı indi rəzil bir addım ataraq bağça müdirlərinin şəhid oğluna telefon bağışlamasını ictimailəşdirir.
Qarşı tərəfi də dinləməyə hazırıq (TİA.Az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi