azia.az
azia.az

Semyon Bağdasarovdan SENSASİON AÇIQLAMALAR

22-10-2021, 09:31


Ərdoğanın açıqlamasından sonra Türkiyənin Ermənistana hücumu istisna edilmir.
“Rusiya və Ermənistanın vahid ordu və xarici siyasətlə vahid konfederal dövləti qurulmalıdır...”
Semyon Bağdasarovdan SENSASİON AÇIQLAMALAR

“Ərdoğanın açıqlamasından sonra Türkiyənin Ermənistana hücumu istisna edilmir. Ermənistan ordusu artıq üç ildir ki, yararsız vəziyyətdədir. Yalnız Ermənistanla sərhəddə yerləşən 3-cü Türkiyə ordusunun 150 min əsgəri var. 2 saatdan sonra İrəvana çatarlar...”

Azia.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, bu fikirləri Rusiya Dövlət Dumasının keçmiş deputatı, Rusiya Silahlı Qüvvələrinin polkovniki Semyon Bağdasarov ifadə edib.

“Biz Ermənistan hakimiyyəti ilə “oyun oynamamalıyıq”. Aydın ultimatum verilməlidir... Rusiya və Ermənistanın vahid ordu və xarici siyasətlə vahid konfederal dövləti qurulmalıdır. Açıq demək lazımdır ki, ya belə olacaq, ya da Ermənistan türk vilayətinə çevriləcək. Başqa variant yoxdur...” - deyə erməni polkovnik açıqlamasının ardında vurğulayıb.moderator.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi