AMEA Mərkəzi Nəbatat Bağının Elmi şurasının iclası keçirilib
AMEA Mərkəzi Nəbatat Bağının Elmi şurasının iclası keçirilib
21 oktyabr 2021 tarixində AMEA Mərkəzi Nəbatat Bağının Elmi şurasının iclası keçirilib
İclasda Bağın baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev, elmi katib Nilufər Hüseynova, Kadrlar şöbəsinin müdiri Sədaqət Rəhimova, Bağın alimləri - Oduncaqlı bitkilər laboratoriyası müdiri, biologiya elmləri doktoru, professor Elman İsgəndər, Tropik və subtropik bitkilər laboratoriyası müdiri, biologiya elmləri doktoru, dosent Şakir Qasımov, Qida və dərman bitkiləri laboratoriyası müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Zeynalov, Dekorativ bitkilərin introduksiyası və seleksiyası laboratoriyası biologiya üzrə fəlsəfə doktoru, dosent Asəf İsgəndərov, Oduncaqlı bitkilər laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Mehralıyev, Bağın Bioloji kolleksiyalar şöbəsi müdiriYusif Abiyev və başqaları iştirak ediblər.
Müəssisənin baş direktoru v.i.e. N.Allahverdiyev iclası giriş sözü ilə açaraq iştirakçıları Bağın inkişaf planı ilə tanış edib. O, bildirib ki, mərhələli şəkildə həyata keçiriləcək layihə Bağın dinamik inkişafına öz tövhəsini verəcək. İclasın gündəliyinə çıxarılan ilk məsələ Komissiyanın yaradılaraq tərkibinin təsdiq edilməsi olub.
...İclasda Bağın ərazisində becərilən bitkilərdə müşahidə olunan zərərverici, göbələk və xəstəliklərlə mübarizə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Komissiyanın tərkibinə daxil olan alimlərin rəyi əsasında zərərvericilərin müşahidə olunduğu ocaqlar müəyyənləşdirilərək həmin bölgələrdə dərmanlama işləri aparılmalıdır.
Biologiya elmləri doktoru Şakir Qasımov öz çıxışında örtülü şəraitdə becərilən bitkilərdə yayılmış zərərvericilərlə mübarizə haqda məlumat verib. Alim qeyd edib ki, pepsidlərin müəyyənləşdirilməsi, profilaktik tədbirlərin gücləndirilərək kompleks şəkildə aparılması vacib məsələlər sırasındadır.
Biologiya elmləri üzrə fəlsəfə doktoru Yusif Zeynalov öz növbəsində zərərvericilərə qarşı dərmanlama tədbirləri üçün lazımi avadanlığın əldə edilməsinin vacibliyini qeyd edib.
Biologiya elmləri üzrə fəlsəfə doktoru Asif Mehralıyev bildirib ki, ilkin mərhələdə yayılmış zərərvericilərlə aqrotexniki mübarizə aparlılır, lazımi nəticə alinmadıqda kimyəvi təmizləmə tədbirlərinə başlanıla bilər.
Belə ki, iclasda müzakirələrdən sonra alimlərin təklifi ilə Komissiyanın sədri biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov, üzvləri isə Nilufər Hüseynova, Elman İsgəndər, Şakir Qasımov, Asəf İsgəndərov və Asif Mehralıyev təyin ediliblər.
Tədbirdə qeyd edilib ki, Bağın strukturuna daxil olan laboratoriya və şöbələrin elmi potensialının birləşdirilməsi, bu sahədə tanınmış alim və mütəxəssislərin elmi rəyləri əsasında mövcud problemlərin aradan qaldırılması üzrə praktiki işlər həyata keçirilsin. Komissiyanın tərkibinə daxil olan alimlərin təklif və tövsiyyələri hazırlanaraq layihə şəklində Biologiya və Tibb Elmləri Bölməsinə təqdim edilsin.