azia.az
azia.az

Mərkəzi Nəbatat Bağı yeni inkişaf mərhələsinə qədəm qoyur

14-10-2021, 17:00

 Mərkəzi Nəbatat Bağı yeni inkişaf mərhələsinə qədəm qoyur
Mərkəzi Nəbatat Bağı yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı əsasında başladılan abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Abadlıq işlərinin səmərəli təşkili məqsədilə bu müəssisənin baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev tərəfindən Komissiya yaradılıb. Komissiyanın tərkibinə biologiya elmləri doktoru, professor Elman İskəndər, biologiya elmləri doktoru, dosent Şakir Qasımov, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Zeynalov, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Asif Mehralıyev kimi biologiya sahəsində tanınmış alimlər daxildirlər.
Nəzərə çatdırmaq istəyirik ki, AMEA Rəyasət Heyətinin qərarı ilə RH-ın Daxili nəzarət və audit şöbəsi tərəfindən Mərkəzi Nəbatat Bağında yoxlama işləri həyata keçirilmiş, arayış tərtib olunaraq orataya çıxan qüsur və qanunsuzluqlar, mənimsəmələr qeyd olunmuşdur. Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyevin bu müəssisədə ciddi qanun pozuntularına yol verdiyi aşkar olunmuşdur. Belə ki, ağaclar baxımsız qalmış, Bağa məxsus ərazidə 2 ədəd qanunsuz evin tikintisinə şərait yaradılmışdır. Sabiq direktorun rəhbərlik etdiyi 6 il ərzində yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməmiş, suvarma sisteminin düzgün təşkil olunmaması səbəbiylə əksər ağaclarda quruma prosesi sürətlənmiş, dövlətin ayırdığı vəsaitlər şəxsi maraqlara uyğun istifadə edilmişdir. Daxili nəzarət və audit şöbəsi tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər.
Nəbatat Bağının rəhbərliyi ölkənin bir sıra media qurumlarını ictimaiyyətə düzgün informasiya ötürməyə, daha məsuliyyətli olmağa və dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən məlumatları yaymamağa çağırır. Həmçinin Mərkəzi Nəbatat Bağının yeni rəhbərliyinin həyata keçirdiyi geniş abadlıq və yenidənqurma işləri ilə əyani tanış olmaq üçün KİV nümayəndələrini Bağa dəvət edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi