Mərkəzi Nəbatat Bağı və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə Elmi-tədqiqat işləri davam edir
AMEA Mərkəzi Nəbabatat Bağı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında aparılan birgə tədqiqat işləri davam edir. Tədqiqat işləri Nəbatat Bağının “Qida və dərman bitkiləri” laboratoriyasının əməkdaşları – biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Quliyeva, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə və elmi işçi Günay Məmmədova və Əkinçilik Elmi-Tədqiqat İnstitunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının əməkdaşları – laboratoriya müdiri, a.e.ü.f.d. Sevil Abbasquliya, a.e.ü.f.d. Əbdürəhman Adıgözəlov, böyük elmi işçi Aytən Qədimova tərəfindən aparılır. Tədqiqat obyekti kimi dərman, texniki və balverən bitkilər olan gülxətmi (Alcea L.), bədrənc (Melissa L.), sığırquyruğu (Verbascum L.) cinslərinə daxil olan növlər götürülmüşdür. İnstitutun nəzdindəki laboratoriyalarda müasir metod və avadanlıqların köməyi ilə tədqiq olunan növlərin biokimyəvi tərkibi öyrənilir.