azia.az
azia.az

Yaddaş zəifləməsi niyə baş verir?- Nə etməli?

6-10-2021, 09:15


Bu gün gənclərin çolxuyaddaş pozulmasından 65-70 yaşından başlayaraq şikayət edir ki, bu da orqanizmin və o cümlədən də beyinin qocalması ilə əlaqədardır.
Xəbər verilir ki, yaddaş pozulmasının bir sıra səbəbləri var:
Yaddaş zəifləməsi niyə baş verir?- Nə etməli?
- Kəllə-beyin travmaları (avtoqəza, yıxılma, başa zərbə və.s)

- Vitamin çatışmazlığı (əsasən B12)

- Hipotireoz (qalxanvari vəzi xəstəliyi)

- Depressiya, uzunmüddətli yuxu pozulmaları, stress

- Dərman və toksik maddələrin təsiri

- Kəllə-beyin travmaları (avtoqəza, yıxılma, başa zərbə və.s)

Yuxarıdakı səbəblərdən olan yaddaş pozulmaları müalicə olunandır.

Onu qeyd etmək lazımdır ki, yaşla bağlı olan yaddaş zəifliyi insanların həyat tərzinə, onların gündəlik işlərini yerinə yetirməyə mane olmur. Məsələn yaddaş itkisi olan şəxs bəzən 1 insanın adını unuda bilər. Amma uzunmüddətli olmaz. Və ya gün sonuna qədər xatırlayar və s. Lakin yaddaş zəifliyi neyrodegenerativ xəstəliklər-Alsheymer, Parkinson, demensiya vaxtı da meydana çıxır ki, bu yaddaş pozulması ciddi narahatçılıqlara səbəb olur. Bu zaman pasiyent öz gündəlik tələbatlarını (yemək, yuyunmaq, harasa getmək və s.) kimi halları idarə edə bilmir. Xəstəlik getdikcə artıb xəstəni yaxınlarından və ya baxıcıdan asılı vəziyyətə salır.

Beyin damar xəstəlikləri də (vaskulyar demansiya) yaddaş pozulması ilə müşahidə oluna bilər. Demensiyası olan xəstələr yeni sualları dəfələrlə verir, danışarkən ümumi sözləri unudur, gəzərkən və ya tanış bir əraziyə gedərkən azır, əşyaları uyğun olmayan yerlərə yerləşdirir və s.

- Yaddaş pozulması nevroloq tərəfindən müayinə olunub,səbəbindən asılı olaraq araşdırılmalı,xüsusi minimental(test,sual–cavab)adlanan testlərlə dəqiqləşdirilməlidir.

- Digər degenerativ xəstəliklərdə olduğu kimi,neyrodegenerativ xəstəliklərin nəticəsi olan yaddaş pozulmasında inteqrativ müalicə üsulu ilə orqanizimin pozulmuş tarazlığı bərpa olunaraq, əlilliyə gətirib çıxaran yaddaş zəifliyinin qarşısı alınır.

Bioloji təbabət klinikasının həkim terapevti. Medicina.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi