Beyində qanamanın 10 əlaməti - İsti havalarda çox rast gəlinir
Adətən hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi nəticəsində beyin qanaxması baş verir. Bundan başqa uzun müddətli günəş işığı və istiliyə məruz qalmaq da bu nəticəyə gətirib çıxarır. Yüksəs təzyiq də bu qəbildəndir.
Həyatı ölümlə təhdid edən beyin qanaxmasının müalicəsi tibbi texnologiya və cərrahi üsulların inkişaf etdirilməsi nəticəsində mümkündür. Bundan başqa bir neçə bəsit tədbirlərlə bu riski minimuma endirmək olar.
Bildirilir ki, Türkiyəli Uz. Dr. Rodi Sarı Polat, beyin qanaxmaları və qorunma üsulları haqqında önəmli bilgilər verib.
Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür.
Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayət olunarsa, onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb - çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyən etmək üçün hospitalizə olunmalı və nəzarətə götürülməlidir.
Adından göründüyü kimi nəqliyyat və iş qəzaları, idman travmaları nəticəsində kəllənin almış olduğu zədələr nəticəsində qanama baş verir. Baş travmasından başqa yüksək təzyiq və beyin damarlarının problemləri də bu fəsadla nəticələnir. Diyabet, yüksək təzyiq, siqaret çəkənlər və piylənmədən əziyyət çəkənlər də birinci dərəcəli risk qrupundandırlar.
Beyin qanamasının ƏLAMƏTLƏRİ:
• Ani şiddətli baş ağrısı
• Bulantı-qusma
• Danışanda çətinlik çəkmə
• Baş gicəllənməsi
• Şüurun pozulması
• Tutmaların olması
• Görmə pozuntuları
• Az müddətli yaddaş problemi
• Hərəkətin nizamsızlığı
Reanimasiya şərtlərində müalicə
Beyin qanaxması bir çox xəstəliklərə yol açan problemdir. Yarandığı andan etibarən biruzə vermir. Gizli formada asta-asta gedir. Buna görə də əlamətlərə mütləq diqqət etmək zəruridir. Alınan zərbədən sonrakı ilk 24 saat önəmlidir.
Mülaicə yüksək səviyyəli xəstəxanalarda və peşəkar həkim briqadası tərəfindən icra edilməlidir. Müalicənin ilkin məqsədi qanaxmanın səbəbini tapmaq və aradan qaldırmaqdır. Müalicə planına beyin cərrahı və nevroloji mütəxəsislər ortaq qərar verməlidir.
Beyin qanaxması riskini minimuma endirmək mümküdürmü?
• Günəş şüalarının dik gəldiyi, günorta saatlarında bayıra çıxmayın
• Gün ərzində 2-3 litr su için
• Alkoqol və qazlı içkilərdən uzaq durun
• Çətir və papaq istifadə edin
• Mütəmadi olaraq idman və yaxud fiziki hərəkt edin
• Artıq çəkidən xilas olun
• Stressli mühitdən kənar qaçın
• Siqaret çəkməyin
• Duzun miqdarını azaldın
• Təzyiq və ürək xəstəliklərindən əziyyət çəkirsinizsə, dərmanları mütəmadı istifadə edin