Sənədsiz evlərlə bağlı yeni xəbər var - Komissiyalar yaradıldı və...
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu günə qədər inventarlaşdırılma prosesi başa çatan sənədsiz evlərlə bağlı statistikanı açıqlayıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən Azia.az-a bildirilib ki, sənədsiz evlərin uçotunun aparılması ilə bağlı yerli icra hakimiyyətlərində komissiyalar yaradılıb və bu günə qədər 267 000-ə yaxın sənədsiz evin uçotu tamamlanıb.
2020-ci ildə COVID-19 pandemiyası ilə bağlı işlərin aparılmasında ləngimələr ortaya çıxıb. Bu səbəbdən ölkə üzrə uçot işi başa çatdırılmayıb.