azia.az
azia.az

Sənədsiz evlərə “kupça”ların verilməsi niyə yubanır? - Açıqlama

23-08-2021, 15:16

Sənədsiz evlərə “kupça”ların verilməsi niyə yubanır? - Açıqlama
"Ola bilsin, maliyyə cəhətdən problemi çözməyə hazır deyillər. Çünki məsələnin həlli üçün bir neçə milyard manata ehtiyac var”.

Bu sözləri Azia.az-a açıqlamasında sənədsiz evlərə "kupça” verilməsi məsələsinin yubanmasına münasibət bildirərkən, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib:

"Resurslar olmadığından hələlik gözləmə mövqeyi tutublar. Bilirik ki, bu gün əsas resurslar işğaldan azad olunmuş ərazilərimizin bərpasına yönəlib. Ona görə də bir sıra digər məsələlər kimi, yəqin ki, sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi də arxa plana keçirilib. Digər tərəfdən, ola bilsin, hökumət risk amilindən ehtiyatlandığından hələlik gözləmə mövqeyi tutaraq problemin həlli yollarını araşdırırlar”.

Bütün hallarda həmsöhbətimiz sənədsiz evlərlə bağlı problemin hələ uzun müddət davam edəcəyini də düşünmür: "Yəqin ki, məsələ 3-5 ilə həll olunacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi