Əyləncə mərkəzində 5 azərbaycanlı qadın saxlanıldı - TÜRKİYƏDƏ
Türkiyənin Niğde şəhərində polislər əyləncə mərkəzində əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində iş icazəsi olmayan 7 əcnəbi qadın saxlanılıb.
Saxlanılardan 5-i Azərbaycan, 1-i Özbəkistan, 1-i Qırğızıstan vətəndaşı olub.Onlardan 1 ədəd ov tüfəngi, 1 ədəd tapança, 7 ədəd tapança gülləsi və xeyli sayda sursat aşkar edilib.Əcnəbi qadınlar Rayon Miqrasiya İdarəsinə təhvil verilib və onların deportasiya ediləcəyi bildirilib.