Sayqa Cahid təcili Türkiyəyə aparıldı - Vəziyyəti ağırdır
"Tanınmış prodüser Sayqa Cahid təcili olaraq Türkiyəyə aparılıb və xəstəxanaya yerləşdirilib"
Azia.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər məlumat verib.
Səhər çox üzücü xəbər aldım. Sayqa Cahid ağır vəziyyətdə Türkiyəyə aparılıb. Burada dərdinə əlac olmayıb. Hazırda vəziyyəti kritikdir".
Aparıcı deyib ki, prodüserin maddi sıxıntıları var: Maddi sıxıntı var. Allaha xatir onu ölməyə qoymayaq. Xahiş edirem ne olar köməyimizi əsirgəməyək. Pulu ödəməsə xəstəxanadan çıxaracaqlar. Allah yardımçısı olsun".