"Lazım gələrsə, özüm də intihar edəcəm ki, insan sayı azalsın" - Yazıçı insanları ölümə səslədi
![]()
"İnsanlar sevinir ki, Azərbaycanda əhalinin sayı 10 milyona çatıb. Bu say artımı bizim məhvimizə aparıb çıxarır".
Azia.az xəbər verir ki, bunu yazıçı, kulturoloq Aydın Xan Əbilov deyib.
Yazıçı I Dünya müharibəsini törədənlərə təşəkkürünü bildirərək, baş verən təbii fəlakətləri insan sayının azalmasına səbəb olan faktorlar kimi yüksək qiymətləndirib.
Kulturoloq, insan sayının azalması üçün hətta özünün də intihar edə biləcəyini deyib.