Məşhur yazıçı: “Allaha ehtiyacımız olmayacaq”
Dünyaca məşhur romanlar müəllif Den Braunun Franfurt Kitab Yarmarkasında beynəlxalq mətbuat konfransı baş tutub
Tədbirdə sonuncu romanı “Başlanğıc” üçün etdiyi araşdırmalardan danışan yazıçı gələcəkdə insanların nələrlə üzləşəcəyi haqqında da danışıb.
O, inkişaf etməkdə olan texnologiyanı “Yeni intibah” adlandırıb və bəşəriyyətin gələcəkdə Allaha ehtiyac duymayacağını bildirib: “Çoxsaylı alimlərlə keçirdiyim görüşlərdən bu qərara gəldim ki, yaxın on il ərzində insanlar bir-biri ilə daha çox ünsiyyətə olacaq və bir-birindən daha çox təsirlənəcəklər. Gələcəyin ruhani təcrübələri bu qarşılıqlı əlaqədən doğacaq. Bizi ittiham edən, yardım istədiyimiz Allah məfhumunun tədricən aradan qalxacağını düşünürəm.”