Türkiyə yeni pilotsuz hücum aparatını göstərdi
Türk hərbi sənaye kompleksi tərəfindən hazırlanan pilotsuz hücum aparat modellərin sayı artıb. Bu gün ölkədə "DOĞAN" aparatı nümayiş etdirilib. Bu barədə "Anadolu" xəbər verir.
Qeyd olunur ki, "DOĞAN", 5.56 mm avtomatik piyada tüfənginə malik inteqrasiya edilmiş müdafiə və mühafizə platforması olaraq dizayn edilmişdir. Aparat həmçinin kamera ilə təchiz olunub, hədəfi aşkarlaya və müəyyən edə bilir.
"DOĞAN" üstündə 100-200 patron daşıya bilir. Termal görüntü və gündüz kameraları kimi sistemlər vasitəsi ilə pilotsuz uçan aparat insan gözünə görünməyən təhlükəni aşkarlaya, öyrənə və təsvir edə bilir.
"DOĞAN" 10 kilometr məsafədə olan hədəfə yaxınlaşa, və missiyasını tamamlayıb geri dönə bilər. Aparat 30 dəqiqə ərzində tam gücü ilə havada qala bilər.