azia.az
azia.az

“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir? - VİDEO

23-10-2020, 11:30


Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda "İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.
“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir? - VİDEO
Azia.az Xezerxeber.az-a istinadla xəbər verir ki, hərbi ekspert Rəşad Süleymanov deyir ki, Azərbaycan 2011-ci ildən pilotsuz uçuş aparatlarının istehsalına başlayıb.

Əvvəllər həmin PUA-nın adı kamikadze ''Zərbə'' olub. Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində daha sonra həmin silaha ''iti qovan'' adı verilərək seriyalı istehsalına başlanıb.

Qeyd edək ki, ''iti qovan'' adı verilən kamikadze PUA 5 saata qədər havada qala bilir.

Ekspert deyir ki, qurğuda xüsusi mini optik izləmə kamerası yerləşdirilib. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bundan başqa ''iti qovan''ın daha bir neçə üstünlükləri də var.

Qeyd edək ki, həmin pualar Silahlı Qüvvələrin arsenalında var və Ermənistan ordusunun texnika və canlı qüvvəsinin məhv edilməsində müstəsna rol oynayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi