Ata Abdullayevlə bağlı qərar verildi
Səbail rayon Məhkəməsində Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Azia.az xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatı təmin edib, A. Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib