azia.az
azia.az

Sabiq nazir müavini və keçmiş xidmət rəisi həbs edildi

22-05-2020, 14:29


Sabiq nazir müavini və keçmiş xidmət rəisi həbs edildi
Səbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Sabiq nazir müavini və keçmiş xidmət rəisi həbs edildi
Virtualaz.org bildirir ki, onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

Hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***19:05

Mədəniyyət Nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov məhkəməyə gətiriliblər.

Virtualaz.org-un xəbərinə görə, Səbail Rayon Məhkəməsində adları çəkilən şəxslər barəsində Dövlət Təhükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.

Təqdimata hakim Şahin Abdullayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində dünən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad ediliblər.

İnarə Rafiqqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi