azia.az
azia.az

“Arsax” - bitdi, İrəvan isə Türkiyənin nəzarətinə keçir

6-07-2021, 19:26


Azərbaycan “arsax”ın utilizasiyası strategiyasını çoxdan hazırlayıb və artıq bu prosses sona yaxınlaşır. İrəvan isə bu barədə danışıqların mövcudluğunu imitasiya edir. Əslində, “arsax”la bağlı heç bir danışıq yoxdur. Bu mövzu bağlandı.
Azia.az xəbər verir ki, bu barədə Aİİ İnstitutunun direktoru Vladimir Lepexin Ermənistan mətbuatına müsahibəsində bildirib.
“Arsax” - bitdi, İrəvan isə Türkiyənin nəzarətinə keçir
Onun sözlərinə görə, İrəvan Qarabağa görə Azərbaycanla müharibə aparmaq niyyətində deyil:

“Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Aydındır ki, bu səbəbdən Rusiya İrəvana dəstək prosesinə qatılmayacaq. Nəticə etibarilə biz Ermənistanın “arsax” ideyasında tamamilə imtina etmək məcburiyyətində qalacağını görəcəyik. Hazırkı şəraitdə Ermənistanın regional inkişafı yalnız bir istiqamətdə baş verə bilər: Bu ölkənin Türkiyənin protektoratına çevrilməsi”./axar.az/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi