azia.az
azia.az

Mina xəritələri Kremlə verilib! - “Moskva siyasi alver etmək istəyir” – Detallar!

26-06-2021, 12:19


“Bu “kozır” əvəzində İrəvan terrorçuların geri qaytarılması, Moskva isə Türkiyənin Qarabağdakı təsir gücünü azaltmaq niyyətindədir”

“Odur ki, sonuncu mina çıxarılanadək işimiz çətin olacaq”

Mina xəritələri Kremlə verilib! - “Moskva siyasi alver etmək istəyir” – Detallar!
Ermənistanda Nikol Paşinyanın iqtidarını yenidən bərpa etməsi Azərbaycanla münasibətlərin hansı müstəvidə davam edəcəyi ilə bağlı müxtəlif suallar yaradır. Bu münasibətlərin əsas komponentlərindən biri isə minalı ərazilərin xəritəsi ilə bağlıdır. Rəsmi İrəvan, nəhayət, ağlını başına yığacaq, yoxsa, yenə də riyakarlıq edəcək?

Tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bu barədə “Sherg.az”a danışdı:

“Məsələ Rusiyanın nəzarəti altındadır. Sülhməramlıların ancaq ermənilərin yaşadıqları ərazilərdə minalar tapmaları təsadüfi deyil. Niyə? Çünki xəritə çoxdan Kremlə verilib. Amma bizim Moskvadan xəritəni tələb etmək hüququmuz yoxdur. Ona görə ki, minaları Rusiya yox, Ermənistan basıdırıb”.

F.Abbasovun fikrincə, rəsmi Bakı çox diqqətli olmalıdır:

“Bu, Rusiya və Ermənistanın əlində siyasi ticarət mövzusudur. Ermənistanda hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq, şimal qonşumuz sözügedən məsələdən öz siyasi məqsədləri üçün yararlanmağa çalışacaq. Bu “kozır” əvəzində İrəvan terrorçuların geri qaytarılması, Moskva isə Türkiyənin Qarabağdakı təsir gücünü azaltmaq niyyətindədir. Odur ki, sonuncu mina çıxarılanadək işimiz çətin olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi