azia.az
azia.az

Ərdoğanın təyyarəsi bu gecə Bakıya endi

15-06-2021, 12:19

 Ərdoğanın təyyarəsi bu gecə Bakıya endi
Ərdoğanın təyyarəsi bu gecə Bakıya endi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə NATO sammitində iştirak üçün getdiyi Belçikaya səfərini başa vuraraq Bakıya gəlib. Virtualaz.org TRT kanalına istinadən xəbər verir ki, Ərdoğanın “TC-TUR” bort nişanlı təyyarəsi səhərə yaxın Heydər Əliyev Bakı Beynəlxalq Aeroportuna enib. Onu baş nazirin müavini Yaqub Eyyubov, xarici işlər naziri Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar. Xəbərdə bildirilir ki, Ərdoğan Bakıdan Şuşaya gedəcək. Orada onu Azərbaycan prezidenti İlham Əliyev rəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki ölkə liderləri təkbətək görüşəcək. Danışıqların ardınca Şuşada bir sıra anlaşmalar imzalanacaq və ortaq mətbuat konfransı olacaq. Sabah iyunun 16-da isə Ərdoğanın səfəri Bakıda davam edəcək və Türkiyə prezidenti Milli Məclisdə çıxış edəcək. Daha sonra Türkiyə Milli komandasının futbol üzrə Avropa çempionatı çərçivəsində keçiriləcək oyununu izləyəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi