azia.az
azia.az

Prezidentlərin İstanbulda görüşü baş tutdu

14-04-2016, 09:46

Prezidentlərin İstanbulda görüşü baş tutdu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün İstanbula gələn dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva naharda iştirak ediblər.
İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb.
Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb.
Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edildi.
Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olundu. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Xəbər verdiyimiz kimi Azərbaycan və Türkiyə prezidentləri Mabeyn iqamətgahında baş tutan rəsmi görüşdən sonra şam yeməyi üçün Savarona yaxtasına gediblər.
Yaxtada İslam Əməkdaşlığı Təşkilatının (İƏT) 13-cü zirvə toplantısında iştirak edəcək ölkə liderlərinin şərəfinə şam yeməyi verilir.
Ərdoğan isə Savarona yaxtasına digər ölkələrin prezidentləri ilə deyil, İlham Əliyevlə birlikdə gəlib.
İstanbulda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Prezidentlərin görüşü Mabeyn iqamətgahında baş tutub.
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) 13-cü zirvə toplantısı çərçivəsində baş tutan görüşdən sonra prezidentlər şam yeməyi üçün Savarona yaxtasına gediblər.
Prezident İlham Əliyev bu gün Türkiyəyə səfər edib. İstanbulun Atatürk Beynəlxalq hava limanında İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Prezident aprelin 14 və 15-də İstanbulda İƏT-in 13-cü zirvə toplantısında iştirak edəcək. Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin də prezidenti qatılacaq.
İlham Əliyev Türkiyəyə sonuncu dəfə martın 15-də səfər edib. Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Ankarada baş verən terror aktları ilə əlaqədar Bakıya planlaşdırdığı iki səfərini təxirə salıb.
İlham Əliyev Ərdoğanla telefonda danışaraq bildirmişdi ki, - "sən Bakıya gələr bilmirsənsə, mən Ankaraya gələ bilərəm".
Beləliklə, Bakıda keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada baş tutur. İlham Əliyevin səfəri başa çatarkən Ərdoğan həmkarını hava limanına gələrək Vətənə yola salmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi