Şəhidin üç mərasimi keçirilib - QAZAXDA
Azia.az: Bu gün qar uçqununa düşərək həlak olan Azərbaycan Ordusunun giziri Abdullayev Hafiz Məhəd oğlunun doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində üç mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, yas mərasimində Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəcəb Babaşov və RİH-in əməkdaşları, habelə hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri, mərhumun komandirləri və hərbçi yoldaşları, eləcə də rayon sakinləri iştirak ediblər.
Qeyd edək ki, martda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb. Qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.Qeyd edək ki, Hafiz Abdullayev ailəlidir, 3 övladı var.