azia.az
azia.az

Yeni pul nişanlarında xeyli mikromətnlər və gizli çap elementləri yerləşdirilib.

12-05-2021, 14:45



Bunu açıqlamasında Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyev deyib.
O bildirib ki, Milli valyutanın təhlükəsizlik konsepsiyası beynəlxalq təcrübədə ən mükəmməl təhlükəsizlik sistemlərinə əsaslanır və 4 pilləli mühafizə konsepsiyasından ibarətdir.
Yeni pul nişanlarında xeyli mikromətnlər və gizli çap elementləri yerləşdirilib.
Yeni tədavülə buraxılan 1, 5 və 50 manatlıq pul nişanlarında dizaynla yanaşı, mühafizə sistemlərində də dəyişiklik edilib.Burada da əsas məqsəd saxtalaşdırmanın qarşısını almaqdır.


Bu pul nişanlarına həm də yenilik olaraq şaquli dizayn konfiqurasiyası verilib ki, burada da xeyli mikromətnlər və gizli çap elementləri yerləşdirilib. Bunları həm də yeni bir mühafizə elementi də adlandırmaq olar. Yeni əsginaslarda görmə məhdudiyyətli şəxslərin pul nişanlarını tanıması üçün elementlər də öz əksini tapıb.

Aqşin Vəliyev qeyd edib ki, 20 manatlıq əsginas Qarabağ mövzusuna həsr olunmuş pul nişanıdır. Bu pul nişanının üzərində Azərbaycan xalqının mübarizə əzmini əks etdirən elementlər yer alıb. Yaxın vaxtlarda 20 manatlıq pul nişanları da yeni dizaynda tədavülə buraxılacaq.

Mərkəzi Bank yeni pul nişanları dövriyyəyə buraxılmazdan əvvəl, oktyabr ayında kommersiya banklarına və ödəniş xidmətlərini həyata keçirən provayderlərə məlumat göndərib. Tapşırılıb ki, istifadələrində olan nağd pula avadanlıqlarını yeni əsginazlara uyğunlaşdırsınlar.

Aqşin Vəliyevin sözlərinə görə, köhnə pul nişanları da tədavüldən çıxarılmayacaq və yeniləri ilə paralel şəkildə istifadə ediləcək. Gələcəkdə digər nominallı pul nişanlarının da yenilənməsi həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi