azia.az
azia.az

10 və 200 manatlıq pulları ödəmə terminalları niyə götürmür?

9-12-2019, 12:00

10 və 200 manatlıq pulları ödəmə terminalları niyə götürmür?
Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılan "10 manat” və "200 manat”lıq əskinazlar bir çox terminallarda hələ də qəbul edilməsində problemlər yaranır. Artıq redaksiyamıza bir neçə dəfə bununla bağlı müraciətlər də daxil olub ki, bir neçə terminalda yeni əskinazlar, hətta yeni 1 manatlıq əskinazları belə qəbul edilmir. Bununla bağlı şəhərin bir çox hissəsində quraşdırılan ödəmə terminallarında rast gəlmək mümkün olur.

Lakin, bu əskinaslar hər biri çıxanda ödəniş terminalları sahibi olan şirkətlər az sonra açıqlama verirlər ki, "biz artıq yeni əsginasların oxunması üçün bütün ödəmə aparatlarının hazır olacaq”ı barədə açıqlama verirlər.Sonuncu dəfə Azərbaycanda AMB tərəfindən yeni dizaynlı 10 manatlıq pul nişanı mart ayında dövriyyəyə buraxılıb. Geridə 9 ay qalıb, bu problem isə hələ də qalmaqdadır.

Banker.az Azərbaycan Mərkəzi Bankına bununla bağlı sorğu göndərərək bunun niyə baş verdiyini soruşub.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı Haqqında Azərbaycan Respublikasının Qanunu”nuna əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir” – deyə sorğuya cavabında AMB deyir.

Məsələn, "eManat”la əlaqə saxladıqda bildirilir ki, bununla bağlı bizdə hər şey qaydasındadır və bütün terminallarımızda qeyd olunan hər iki əskinaslara adaptasiya olunur, yəni, ödəniş kimi götürürlər.

Digər ölkədə tanınmış olan "Milli ÖN” (Komtec MMC) də eyni olaraq bildirir ki, terminallarla bağlı qeyd olunan hər hansısa problem yoxdur.

Azərbaycan Mərkəzi Bankı bildirir ki, ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqları müxtəlif kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsusdur və bu avadanlıqlara onlar tərəfindən xidmət olunduğundan adaptasiya prosesləri həmin təşkilatlar tərəfindən həyata keçirilir: "Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq nağd pul avadanlıqlarının 200 manatlıq və yenilənmiş 10 manatlıq pul nişanlarına adoptasiyası ilə bağlı ölkə ərazisində fəaliyyət göstərən bütün kredit təşkilatlarına, poçt rabitəsinin milli operatoruna, eləcə də qeyri-bank ödəniş təşkilatlarına rəsmi tapşırıqlar verilmişdir. Eləcə də, nağd ödəniş avadanlıqlarında milli pul nişanlarının qəbulu, onların 200 və yeni 10 manatlıq pul nişanlarına adaptasiyası barədə ictimaiyyət məlumatlandırılmışdır.

Kredit təşkilatları və qeyri-bank ödəniş təşkilatlarından verilən məlumata görə hazırda istismarda olan nağd ödəniş avadanlıqlarının bu pul nişanlarına adaptasiyası tam başa çatdırılmış, avadanlıqlar tərəfindən bütün nominallı milli nişanları qəbul edilir və verilir. Hər hansı ödəniş avadanlığında milli pul nişanlarının qəbul edilməməsi həmin avadanlıqda olan texniki problemlə əlaqədar ola bilər.

Bununla yanaşı bildirmək istərdik ki, vətəndaşlar milli pul nişanlarının qəbulu ilə bağlı hər hansı problemlə qarşılaşarsa Mərkəzi Bankın "qaynar xətt”inə müraciət edə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi