Kür çayının 53 kilometri sintetik torlardan təmizlənib
Kür çayının 53 kilometrdən artıq sahəsi sintetik torlardan təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində növbəti tədbir Kür çayının Bərdə və Ağcabədi rayonları ərazisindən keçən hissəsində baş tutub. Xidmət rəsmisi Bəhruz Məhəmmədov qeyd edib ki, aksiyada məqsəd ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, sivil balıq ovunu təşviq etmək, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə balıq ehtiyatlarının çoxalmasına nail olmaqdır.