azia.az
azia.az

Sabiq nazir: “Kür çayının suları Xəzər dənizini çirkləndirir”

19-04-2016, 16:24

Sabiq nazir: “Kür çayının suları Xəzər dənizini çirkləndirir” “İqlim dəyişikliklərində içməli və suvarma su, torpağın dəyişməsi əsas faktorlardan biridir. Bu sahədə böyük problemlərimiz var. Kür çayı çox çirklənib. Onun sahilləri zibillə doludur. SSRİ zamanı çayların sahillərində zibil qalıqları üçün yerlər tikilirdi. Nədənsə hamı düşünür ki, Kürdə suyun səviyyəsi qalxacaq və sahillərinə tökülən zibili yuyub aparacaq”.
Bunu Gürcüstanın sabiq ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Nino Çxobadze bildirib.
“Gürcüstanla Avropa İttifaqı arasında imzalanmış ticarət sazişində qeyd olunub ki, ölkə ekoloji cəhətdən təmiz məhsulları Avropa bazarlarına çıxara bilər. Ən başlıcası, təmiz məhsul özümüzə lazımdır. Bunun üçün başlıca faktor suvarma suyunun təmiz olmasıdır. Əkin-səpin üçün suvarma suyunun Gürcüstanın Şərq bölgəsində təmiz olmadığını bilirik. Suvarma problemi azərbaycanlıların kompakt yaşadığı Marneuli və Qardabanidə əsas problemlərdən biridir. Bu bölgələrdə nəinki su çatışmazlığı, həmçinin suvarma suyun təmiz olmaması bizi narahat edir”, - deyə sabiq nazir bildirib.
N. Çxobadze Gürcüstanda artıq su obyektləri barədə yeni qanun hazırlandığını bildirib. Bu, ölkə əhalisinə təmiz su əldə etmək imkanı verəcək, həmçinin suvarma çatışmazlığı olan bölgələrin problemlərini həll edəcək.
N. Çxobadze Kür çayının suları vasitəsi Azərbaycan ərazilərinin, habelə Xəzər dənizinin çirkləndiyini də qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi