azia.az
azia.az

Onlar Ali Baş Komandanın üzünü ağ edib, "Sözünü imzası qədər keçərli" edib- Onların haqqını yeməyin,cəzalanacaqsınız...

20-12-2020, 13:57

Onlar Ali Baş Komandanın üzünü ağ edib, "Sözünü imzası qədər keçərli" edib- Onların haqqını yeməyin,cəzalanacaqsınız...
Teref.az olaraq jurnalist Aida Eyvazovanın bu harayını drc edirik ki,bəlkə eşidib hansısa ölçü götürələr!
Vətən savaşının qalib əskərlərinin kim haqqını yeyirsə, kim haqqına girirsə czalanmalıdır və inanıram ki cəzalanacaq!
Beləliklə Aida xanım yazır:
Deyirlər ki, bir dəfə bir əsgər gəlini Mircəfər Bağırovun qəbuluna gəlib deyir ki, kəndin kolxoz sədri ona"him-cim" edir. Göz verib, işıq vermir. Mircəfər Bağırov minir dövlət maşınına, sürücüsünə maşını Qubaya həmin ünvana sürməyi əmr edir. Gedib kolxoz sədrinin evinə girir Sorğu-sual etmədən barmaqaqlarını basıb kolxoz sədrinin gözünü çıxardır. Gözəl bir nümunə və dərsdir. Mən də üzümü buradan Vətən uğrunda döyüşlərdə canlarını qoyan, bədənlərinin bir hissəsini itirib, indi xəstəxana palatalarında canlarının, yaralarının sağalması üçün imdad, kömək gözləyən əsgər və könüllülərimizə yad münasibət göstərən , xalatlarındakı , şalvarlarındakı cibi pul yığmaq üçün istifadə edən həkim , tibb bacısı, tibb işçisi, Müdafiə Nazirliyi əməkdaşı, nə bilim... aidiyyatı olan kimlər və kimlər varsa... səlahiyyətindən və vəzifəsindən asılı olmayaraq aşkar edilərək, ən ağır cəzaya layiq görülsünlər. Siz o əsgərlərə qulluq edə bilmirsinizsə, yeri verin #KÖNÜLLÜLƏRƏ. Yeri verin #YAŞAT-a. Biz gedib o əsgərlərə gecə-gündüz qulluq edərik. Hazırda respublikanın hər yerində xəstəxanalarda yatan, kömək gözləyən nə qədər qazilərimiz varsa, onları diqqətdən qoymamaq hamımızın şərəf borcudur. Onlar Ali Baş Komandanın üzünü ağ edib. "Sözünü imzası qədər keçərli" edib. Ali Baş Komandan 27 sentyabr günü demişdi ki, "mən bütün torpaqları alıb, vətəndaşlarıma qaytaracam." O bu sözü əsgərlərinə və könüllülərinə inanaraq demişdi. Nə qədər döyçülərimiz var ki, onların adı hələ Müdafiə Nazirliyinin döyüş dəftərinə yazılmayıb, artıq min bir bəhanələr, bazar oyunları başlayır. Belə getsə 1992-1994, 2014, 2015, 2016-cı illərdəki bazar dəftərini açacaq Müdafiə nazirliyi. Həmin illərdə olduğu kimi, döyüşməyənlərin də adını döyüş dəftərinə yazacaqlar. Döyüşənlər isə kənarda qalacaq. Mən aprel şəhidlərinin ailəsindən, aprel döyüşlərində iştirak edən oğullarımızı tanıyıram ki, insafsız korpus komandirləri onalrın adını və yə onların hərbi biletinə döyüş tarixini yazmayıblar. Lakin heç bir döyüşdə olmayan, və ya xırda bir yara alana isə xüsusi imtiyazlar yazılıb. Belə hesab edirəm ki, artıq alver qurtarmalıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarələrindən evlərinə zəng edib, qapısına gedib yığdığınız könüllülərin və qeyri-könüllülərin siyahısını necə o zaman bilirdinizsə, indi də verdiyiniz siyahı üzrə, qapılarından onların harada olduğunu, adlarının döyüş tarixinə yazıldığını öyrənin. Daha çağırıb pul müqabilində təltif, orden, medal siyahısına ad yazıb, bu boyda işimizi urvatdan salmayın. Hətta rüşvət müqabilində MAXHE sırasına yazdığınız şəhidlərin və qazilərin də pullarını özünə qaytaracaqsınız. Azərbaycana 10 noyabr Zəfərini gətirən , o torpaqlarda ocaq qalayıb bir çaydan çay qanadan əsgərimiz, könüllümüz də QƏHƏRIMANdır. Binu unutmayın. Yoxsa onların HAQQI hər zaman boğazınızdan asılıb, sizi lənətləyəcək. Tanrıdan qorxun. Döyüşdə olan əsgərin ailəsini unutmayın. O vətəni qoruyurkən, onun ailəsi göz-bəbəyimiz kimi qorunmalıdır! Bundan sonra, bütün vicdansızlıqlarınızı bir kənara qoyub ŞƏRƏFlə yaşamağa öyrənin!
Aida Eyvazova
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi