"KƏSİLMİŞ QULAĞ"ın İNTİQAMI: "Lotu Quli"nin qətlinin ŞOK DETALLARI AÇIQLANDI
Kriminal aləmdə "Lotu Quli" kimi də tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifovun ətrafı onun ölüm səbəbini açıqlayıblar. Bildiriblər ki, ölümə səbəb "kəsilmiş qulağ"ın intiqamı olub. Azia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, "Lotu Quli"nin Türkiyədə öldürülməsi ilə bağlı əmri Rafik Eyvazov (Rafiq Masallınski) verib. Mənbənin verdiyi məlumata görə, bundan sonra "Masallınski" intiqam alacağına dair söz verib və ona hücumda iştirak edən Səlifovun ətrafından iki nəfəri öldürüb. Məqsədinə çatmaq üçün Səlifovdan xoşu gəlməyən digər qanuni oğruları ətrafına toplamağa başlayıb. Xatırladaq ki, Səlifov avqustun 20-də Antaliyada otellərin birində yaxın adamı olan Xaqan Zeynalov (Xan Bakinski) tərəfindən güllələnərək öldürülüb. Ehtimal edilir ki, Xaqan "Masallınski" tərəfindən onun ətrafına yerləşdirilib və uzun müddət etibarını qazanıb.