"Lotu Quli"nin vəkilindən ilk açıqlama: "Səhhətində problemlər var"
Azadlığa çıxan kriminal avtoritet Nadir Səlifovun ("Lotu Quli") vəkili açıqlama verib.
Musavat.com-a danışan vəkil Təranə Əliyeva deyib ki, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə N.Səlifov ötən gün azadlığa çıxıb.
Vəkilin sözlərinə görə, "Lotu Quli" hazırda Gürcüstandadır: "Onun səhhətində problemlər var. 23 ildir ki, içəridə idi".
Qeyd edək ki, "Lotu Quli" cəzasının 3/4-ü çəkdiyi üçün dünən azadlığa buraxılıb.
Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.