İgid əsgərlərimiz Laçının Səfiyan kəndindədir
Azərbaycan ordusunun bölmələri artıq Laçının Səfiyan kəndindədir, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
"Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub", - deyə məlumatda bildirilir.