Bakıda polis itmiş pulu sahibinə qaytardı
Bakı metrosunda polis əməkdaşları pulunu itirən gənci sevindirib.
Paytaxt sakini Pərviz İsrafilovun Azia.Az-a verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları itmiş maaşını 1993-cü il təvəllüdlü dostu Nəsib Ağayevə qaytarıb.
Belə ki, N.Ağayev iyunun 23-də “Xətai” metrostansiyasında portmanatını itirib. Metropolitenin polis əməkdaşları əvvəl itmiş əşyanı, daha sonra isə 671 manatı itirmiş pul sahibini tapıblar.
Beləliklə, hüquq mühafizəçilərinin sayəsində N.Ağayev maaşını yenidən əldə edib.