azia.az
azia.az

Polis silahla digər polis əməkdaşının başından vurdu - Ağstafada

19-06-2016, 06:48

Polis silahla digər polis əməkdaşının başından vurdu - Ağstafada Ağstafada keçirilən əməliyyat zamanı polis əməkdaşı başından güllə yarası alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları kənddə əməliyyat keçirdiblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Atılan güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun baş nahiyəsinə dəyib. Xəsarət alan polis əməkdaşı əvvəlcə Ağstafa rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə DİN-nin paytaxtdakı hospitalına aparılıb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi