azia.az
azia.az

Ağcabədidə seçki oyunu RƏZALƏTİ - Namizədlər hərəkətə keçdi(BƏYANAT)

12-02-2020, 11:41


Məlum olduğu kimi fevralın 9-da ölkəmizdə insanların böyük ümidlərlə gözlədiyi parlament seçkilər keçirildi.Məzahir kişinin Mərkəzi Seçki Komissiyası (MSK) isə qısa müddət sonra Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqladı.Elə “kef” də bundan sonra başladı.
Ağcabədidə seçki oyunu RƏZALƏTİ - Namizədlər hərəkətə keçdi(BƏYANAT)
Belə ki,gözləntilərin əksinə olaraq bir çox dairələrdə sözün əsl mənasında xalqı qıcıqlandıran nəticələr ortaya çıxdı.Yenə də bəzi lazımsız,”yatağan”,”lal”,”papağı günə verən”,oliqarx və s. kimi namizədlər yenidən deputat “seçildi”(?)

Bir neçə dairədə səslərin saxtalaşıdırılması,səslərin oğurlanması və yerli icra hakimiyyətləri səviyyəsində seçki prosesinə müdaxilələrlə bağlı iddialar gündəmi zəbt etdi.Kütləvi şəkildə seçkilərin saxtalaşdırıldığı dairələrdən biri də 82 saylı Ağcabədi Seçki Dairəsidir.Artıq bununla bağlı namizədlər ölkə başçısına rəsmi BƏYANATLA müraciət də ünvanlayıblar.

İxa.az namizədlərin müraciətini olduğu kimi oxuculara təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

BƏYANAT

Hörmətli cənab Prezident!

Nəzərinizə çatdırırıq ki, 82 saylı Ağcabədi seçki dairəsində 09.02.2020-ci il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində mövcud olan 46 məntəqənin hamısında sizin tapşırıq və göstərişlərinizə məhəl qoyulmayaraq kobud şəkildə saxtakarlıqlar edilmişdir. Tərəfimizdən məntəqələr üzrə təyin olunmuş müşahidəçilər dəfələrlə şahidi olduqları saxtakarlıqlar barədə məntəqə sədrlərinə, tərəfimizdən isə 82 saylı dairə seçki komissiyasına xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara məhəl qoyulmamışdır. Müşahidəçilərimiz məntəqə sədrləri və digər üzvləri tərəfindən hədələnmiş hətta döyülmüşlər. Səssayma zamanı müşahidəçilərimizə yaxından seçkini müşahidə etmək imkanı verilməmişdir. Dəfələrlə topa şəkildə bülletenlərin seçki qutularına atılma hallarının qarşısını almaq üçün etiraz edilsə də məntəqə sədrləri buna məhəl qoymamışdır. 3 saylı məntəqədə səlahiyyətli nümayəndə Hacıyev İbrahim Rəhim oğlu tərəfindən YAP namizədi Tahir Rzayevin adına möhürlü, küncü kəsilmiş 71 ədəd topa bülleten tutulmuşdur. 38 saylı məntəqədə müşahidəçi Mirzəyev Mirbaba Natiq oğlu komissiya üzvləri tərəindən döyülmüşdür. 7 saylı məntəqədə müşahidəçimiz Abdullayeva Ləman Sənan qızı şəxsiyyət vəsiqəsi olmayan seçicilərə bülleten verildiyi üçün, məntəqə sədrinə etdiyi iradlara görə təhqir olunaraq məntəqədən kənarlaşdırılmışdır. 6 saylı məntəqədə müşahidəçi Nuşirəvan Məhərrəmov bir seçiciyə 2 ədəd bülleten verildiyini görərək ondan almışdır. 10 saylı məntəqədə hətta qeydiyyatda olmayanlara bülleten verilib və seçki bitdikdən sonra mənətəqə sədri müşahidəçilərin məntəqədən çıxmasını tələb etmişdir. 16 saylı məntəqədə “karusel” üsulu ilə eyni adamlar bir neçə dəfə gələrək səs vermişdir, müşahidəçi Əliyev Mənsur dəfələrlə etiraz etsə də buna məhəl qoyulmamışdır,qanunsuz olaraq məntəqədən kənarlaşdırılmışdır. 17 saylı məntəqədə icra nümayəndəsi məntəqəyə girərək seçki prosesini pozmuşdur. 2 saylı məntəqə qarşısında Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkimi Tahirov Fövzü təcili tibbi yardım maşınlarıyla şəxsləri gətirərək “karusel” üsulu ilə səs verdirmişdir. 38 saylı məntəqədə Ağcabədi rayon yol istismar idarəsinin Vidadi adlı müdiri işçilərini gətirərək qanunsuz olaraq məntəqələrdə səs verməyə təhrik etmişdir. 33 saylı məntəqədə Ağcabədi rayon Kommunal Təsərrüfat idarəsinin müdiri Qasımov Əbülfət rəhbərlik etdiyi təşkilatın 300-dən artıq işçilərini məntəqəyə gətirərək YAP namizədinə səs verməyə təhrik etmişdir. Bu cür hallar bütün məntəqələri əhatə etmişdir. 82 saylı Ağcabədi seçki dairəsinin 46 məntəqəsindən 34 məntəqənin etdikləri saxtakarlıqların üstünü ört-basdır etmək məqsədi ilə yekun protokolu tərtib olmadan müşahidəçilər məntəqədən qovulub çıxarılmışlar, 12 protokol isə seçki məntəqəsində, nəticələr kobud şəkildə saxtalaşdırıldıqdan sonra bizə təqdim edilmişdir. Bu qanun pozuntuları ölkəmizdə aparılan islahatlara kölgə salır.

Belə ki, 82 saylı DSK-da yuxarıda sadalanan çoxsaylı qanun pozuntularında Cinayət Məzəlləsinin 159.1, 159.3, 160-cı maddlərinin tərkibi yarandığından faktla bağlı müvafiq tədbirlər görülməlidir.

Bəyan edirik ki, 09 fevral 2020-ci il tarixdə 82 saylı Ağcabədi seçki dairəsində keçrilmiş seçkilərin ümumi nəticəsini tanımırıq,bütün bu qayda pozuntularının araşdırılıb 82 saylı dairədə seçkilərin nəticələrinin ləğv olunmasını və bu pozuntuları edənlərin cəzalandırılmasını Sizdən xahiş edirik.

82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədlər:

Abdullayev Sənan Həsən oğlu
4.İbrahimov Qasım Əhməd oğlu
Əmrahlı Əkrəm Əhməd oğlu
Məmmədov Fərid Murad oğlu
Hacıbəyli Cavid İbrahim oğlu
Nəcəfli Rəşid Mikayıl oğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi