azia.az
azia.az

Saxta sənədlərlə 500-dən çox miqrantı Polşaya aparan azərbaycanlılar tutuldu - Cinayətkar sxemin üstü açıldı..

9-02-2020, 02:38


Azərbaycandan və bir çox digər ölkələrdən, o cümlədən MDB respublikalarından əmək miqrantlarını saxta sənədlərlə Polşaya aparan mütəşəkkil dəstənin üzvləri yaxalanıb. Virtualaz.org xəbər verir ki, bu dəstə azərbaycanlılardan ibarətdir, bəziləri Azərbaycan, bəziləri Ukrayna pasportları daşıyır.
Saxta sənədlərlə 500-dən çox miqrantı Polşaya aparan azərbaycanlılar tutuldu - Cinayətkar sxemin üstü açıldı..
Polşa radiosunun bildirdiyinə görə, onların qurduqları cinayətkar sxem Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, Pakistan, İran, İraq və Qazaxıstandan olan qeyri-leqal miqrantların Polşada yaşayış və iş icazəsi almasına imkan verib. Qruplaşma bu sxemdən iri məbləğlərdə pullar əldə edib.

Keçirilən əməliyyat çərçivəsində Polşanın sərhəd xidməti Azərbaycan və Ukrayna vətəndaşlarını, habelə onlarla əlaqəli olan bir polşalı qadını saxlayıb. Qruplaşma saxta işəgötürmə sənədləri hazırlayaraq 500-dən çox miqrantın Polşada və digər Avropa İttifaqı ölkələrində qanunsuz yaşamasını təşkil edib.

Polşa sərhədçilərinin bildirdiyinə görə, cinayətkar qrupun tərkibinə Azərbaycan vətəndaşları, milliyətcə azərbaycanlı olan iki Ukrayna vətəndaşı və onlardan birinin arvadı olan polşalı qadın daxil olub.
Saxta sənədlərlə 500-dən çox miqrantı Polşaya aparan azərbaycanlılar tutuldu - Cinayətkar sxemin üstü açıldı..
Qruplaşma fəaliyyəti kağız üzərində olan firmalar üzərindən ən azı 537 xarici vətəndaşın Polşada işə düzəldiyi barədə sənədlər hazırlayıb. Qruplaşmanın fəaliyyəti sayəsində qeyri-leqal miqranlar Polşada və digər Avropa İttifaqı ölkələrində qanunsuz qala biliblər.

Saxlanılanların kimlikləri açıqlanmır. Xatırladaq ki, ötən ilin payızında Almaniya polisi Azərbaycandan miqrantların saxta sənədlərlə bu ölkəyə mühacirət etməsini təşkil edən mütəşəkkil qruplaşmanı ifşa etmişdi və onlardan bir neçəsi həbs edilmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi