azia.az
azia.az

“Şakro Molodoy“un dəstəsi darmadağın edilib

25-08-2016, 10:25

“Şakro Molodoy“un dəstəsi darmadağın edilib
Rusiya kriminal aləminin lideri "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri yaxalanıb

Paytaxtın Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları quldurluqda təqsirləndirilən mütəşəkkil cinayətkar qrupun üzvlərini zərərsizləşdiriblər.

Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi İrina Volk saxlanılan şəxslərin kriminal avtoritet Zaxari Kalaşovun tapşırıqlarını yerinə yetirdiyini bildirib: "Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İdarəsinin "SOBR" xüsusi təyinatlı dəstəsinin birgə keçirdyi əməliyyat nəticəsində mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən olunub ki, saxlanılan şəxslər kriminal avtoritet Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun adından istifadə edərək fəaliyyət göstəriblər. Onlar sahibkarlara fiziki təzyiqlər göstərərək milyonlarla rubl məbləğində vəsait tələb ediblər".

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində "Şakro Molodoy" və onun dəstəsinin üzvləri həbs olunublar. Onlar mütəşəkkil cinayətkar dəstə qurmaqda və iş adamlarına qarşı quldurluq törətməkdə və paytaxt restoranlarının birində baş verən silahlı insidentdə günahlandırılırlar.

Z. Kalaşovun həbsindən sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Rusiya İstintaq Komitəsinin bir sıra yüksək vəzifəli şəxsləri də həbs olunub. Onlar "Şakro Molodoy"dan rüşvət almaqda və onun dəstəsinin cinayətlərini ört-basdır etmək günahlandırılır. (APA)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi