azia.az
azia.az

“Bu görüntüdən sonra Damlanı toylara da istəmədilər”

29-01-2020, 11:33

“Bu görüntüdən sonra Damlanı toylara da istəmədilər”
“Elə ləkə var ki, heç çıxmır. Eləsi də var suya atan kimi gedir. Hər şey geridə qaldı. Ondan sonra izləyicilərimin sevgisi azalmadı, əksinə çoxaldı”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Damla “5/5” verilişində deyib. Sənətçi bir müddət əvvəl yayılan “18+” videosundan bəhs edib. Damla videonun onun işinə çox təsir etdiyini bildirib.
Aparıcı Zaur Kamal Damlanın həmin videodan sonra 3 ay evdən çıxmadığını söyləyib. O bildirib ki, toy sahibləri də onu çağırmaqdan imtina ediblər:“Damla ilə telefonda danışanda dedi ki, insanlar toy danışmışdı, indi istəmirlər, fırladırlar. Biri deyib, toy təxirə düşdü, o biri deyir, 5 ay sonra olacaq. Deyirdi ki, məni 3 ay evdə otuzdurdular”.
“İllərdir mənimlə bağlı fikirlər dəyişmir: nə oxuyur, kimdi bunu dinləyən? Məni dinləyənlər həkim, alim ola bilməz ki… Məni sürücü, evdə oturan xanım da dinləyir. Kasıbı da, varlısı da başımın tacıdır” deyə, Damla cavab verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi