azia.az
azia.az

"Evli kişi ilə sevgili olmaram" - Səidə Sultan

8-01-2019, 09:22

"Evli kişi ilə sevgili olmaram" - Səidə Sultan

“Elə müğənnilər şou-biznesin adını batırlar. Mən subay qızam, Səidə olaraq da özümü tanıyıram. Elə yaşamışam ki, heç bir ailəni dağıtmamışam. Elə qələti heç vaxt etmərəm”.
Azia.AZ-ın məlumatına görə, bu sözləri müğənni Səidə Sultan “Show news” verilişində deyib. İfaçı evli kişilərlə eşq yaşayan həmkarlarını tənqid edib:

“Subayam, məni subay oğlan sevə bilər, başqa oğlan sevə bilməz. O hərəkəti edirəmsə, deməli o kişinin uşaqlarına, evdə öz bacılarıma hörmət etmirəm. Şou-biznesdə heç kəs barmağını qatlayıb deyə bilməz ki, Səidə üçün nəyisə mən etmişəm.
Arzuladığınız mənzil və ya torpaq sahəsinə sahib olun.


Elə həyatı da sevmirəm ki, kiminsə nəyisə olum məni saxlasın. İt zadam? Məni niyə saxlamlıdır? Özümün əli də, ayağı da var, dilim də dirçəyim də var. Ölərəm, gəbərərəm elə həyatı yaşasam. Əri ola-ola, o hərəkəti edirlər sonra da biz müğənnilərin adı çıxır. O hərəkəti etmək istəsəm, ərimdən boşanıb edərəm də... Bəs mənim vicdanım harda qaldı? Ayrıl, get kefini et. Yazıq tamaşaçı eləsi də var inanır, onlara ürəyim ağrayır. Uzun paltarı geyinib çıxırlar... Tamaşaçı da abırlı bilir”.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi