Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti yaşayan Cəbrayıldan olan məcburi köçkün Əliheydər Əliyevin sözlərinə görə, qəbir qazmasının səbəbkarı, “Azəravtoyol” ASC-nin 8 saylı yol istismar idarəsinin rəisi Əliheybət Şirinovdur. Əliheydər Əliyev iddia edir ki, 2013-2015-ci illər ərzində ona məxsus avtomaşınlarla 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin şifahi sifarişi ilə müxtəlif tikinti obyektlərinə yüklər daşımışlar. Əliheybət Şirinov onlara müxtəlif tikinti materiallarının daşınması işlərini gördürmüş və görülmüş işlərin müqabilində ödənilməli olan 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manat məbləğində pulu ödəməkdən boyun qaçırmışdır. Pulu ödəmək bir yana hətta onu və ailəsini ölümlə hədələyir. Hətta deyir ki, muzdlu qatil tutub öldürtdürməyə və bu cinayəti də ört-basdır etməyə yetərincə pulumuz var. Elə buna görədir ki. Mən də daxil olmaqla ailə üzvlərimin qəbirlərini qazıb hazırlamışam. Artıq əlim hər yerdən üzülüb. Ölkəni tərk edib Avropanın ucsuz bucaqsız küçələrində ac suzsuz dolanmaqdansa ölümü tərciyə edirik. Amma ölüm qabağı Prezidentdən bir xahişim var ki, sağikən bizim qisasımızı bu harınlamış məmurdan alsın. Prezidentimiz cənab İlham Əliyev hər çıxışında bildirir ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Biz, bütün ailə üzvülərim də daxil olmaqla buna inanırıq.
Əliheydər Əliyev
Qarşı tərəf sadalanan faktlara cavab verdi. Belə ki, “Azəravtoyol” ASC-nin 8 saylı xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nümayəndəsi hüquqşünas Fətəliyev Vəfalı Əzizbala oğlu rdaksiyaya gələrək qətnamənin surətinin təqdim etməklə iddialara cavab verir. Təqdim olunan sənədlərlə bir daha sübut olunur ki, iddialar əsassızdır. Bildirilir ki, Əliheydər Əliyev öz qanunsuz əməllərindən əl çəkməyək müxtəlif dövlət orqanlarına, media qurumlarına yenə də həqiqətə uyğun olmayan, əsassız və böhtan xarakterli müraciətlər ünvanlamaqda, müntəzəm olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, həmçinin agentliyin “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbərliyini şantaj etməkdə, hədə-qorxu gəlməkdə davam edir, şər və yalan dolu hərəkətləri ilə pul tələb edir. Bütün bunlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işgüzar nüfuzuna xələl gətirdiyi üçün qeyd olunanlarla bağlı Əliheydər Əliyev barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.