Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş azadlıqda
azia.az: Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş Endryu Branson azadlığa buraxılıb.
“Report” “Haberler”ə istinadən xəbər verir ki, məhkəmə onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.
Bu müddət onun həbsdə olduğu dövrdən çıxılıb və Endryu Branson məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.