İcra başçısı generalla quda oldu
Azərbaycanın hakim elitasında daha bir ittifaq-qudalığın əsası qoyulub. Azia.az xəbər verir ki, Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalovla quda olub - başçının qızı generalın qardaşı oğlu ilə ailə qurub.
Toy mərasimi iyunun 11-də Bakının prestijli şadlıq saraylarından birində baş tutub. O.Zalovun qardaşının iş adamı olduğu bildirilir.