Salyanın icra başçısı işdən çıxarıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Tahir Abuzər oğlu Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Prezidentin digər sərəncamları ilə Sevindik Hacağa oğlu Hətəmov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyan rayonuna icra başçısı təyin olunub.