azia.az
azia.az

Şəhidin tabutunu aparan polislər göz yaşlarına boğuldular – VİDEO

28-02-2017, 13:13

Şəhidin tabutunu aparan polislər göz yaşlarına boğuldular – VİDEO


Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12:00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Həlak olan hərbçilərimizin cənazələri vətənə gətirilib.

azia.az ARB Şəki-yə istinadla xəbər verir ki, şəhid Aqşin Abdullayevin cəsədi doğulub böyüdüyü Şəkinin Kiş kəndinə gətirilib.

Kiş kənd qəbiristanlığında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, şəhidin xidmət etdiyi hərbi hissənin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim olunub.

Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb.

Kadrlarda şəhidin ailəsinin və yaxınlarının fəryadı insanların ürəklərini dağlayır. Şəhidin tabutunu aparan yol polisinin göz yaşları isə hər kəsi kövrəldib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi