Yanacaqdoldurma məntəqəsində vergi fırıldağı - Qazın qiymətini niyə bahalaşdırıblar?
Azia.az-ın məlumatına görə,Azərbaycanın bütün rayonlarında qazın qiyməti 45 qəpik olduğu halda Gəncədə 50 qəpiyə satılır
Digər rayonlardan fərqli olaraq, Gəncədə qaz baha satılır.
Gəncədə maye qazın satış qiyməti yanvarın 5-dən 5 qəpik artırılıb.
Sürüclər azı iki həftədir ki, məntəqələrdən əvvəl 45 qəpiyə olan qazı indi 50 qəpiyə aldıqlarını deyirlər.
Yanacaqdoldurma məntəqələrində yeni qiymətləri inkar edən yoxdur. Bəzilərində qazın 50 qəpiyə satıldığı, hətta qiymət lövhələrində də əks olunub. Ancaq bahalaşmanın hansı qərara əsaslandığını deyən yoxdur. Gəncə şəhərində 38 saylı hərbi şəhərciyin yanında olan qaz yanacaqdoldurma məntəqəsində isə daha çox özbaşınlıqdır. Belə ki, qazın qiyməti qalxması bir yana digət tərəfdəndə satılan qazın qiyməti çeklərdə dəfələrlə az miqdarda göstərilərək vergidən yanınırlar. Belə ki, avtomobilinə 28 manatlıq qaz vuran sürücüyə 5 manatlıq çek veriblər. Çekin üstünə isə əlyazma ilə 28 manat yazıb altından imza edirlər. Bu çekin belə etmələrinin səbəbi olur ki, 250 manatlıq qaz vuran sürücüyə 10 manatlıq qaz hədiyyə olunur. Bunlar isə qazın qiymətini aşağı göstərməklə vergidən yayınırlar. Sürücülərin isə çeklərində yazılanlar əlyazmalarla hesablanıb 250 manata 10 manat hədiyyə edəcəklərini bilirirlər.
Çekdə görsəndiyi kimi,yanacaqdoldurma məntəqəsinin sahibi Vilayət Məmmədov bu əməlləri ilə vergidən yayınır. Guya yanacaqdoldurma məntəqəsidə qaz az satılıb və bunun müqabilində az vergi ödəyirlər. Beləliklədə V,Məmmədov vergidən yayınır.
Qarşı tətəfində mövqeyini dərc etməyə hazırıq.
Mövzuya yenidən qayıdacağıq.