azia.az
azia.az

Rayonlarda ot bahalaşdı – Ət və ağartı da bahalaşa bilər

22-06-2017, 11:31

Rayonlarda ot bahalaşdı – Ət və ağartı da bahalaşa bilər


Təxminən bir ay əvvəl 2 manat , 2 manat 50 qəpiyə satılan ot bağlamasının qiyməti hazırda 4 manatdan 4 manat 50 qəpyə kimi bahalaşıb. Bahalaşma bu il yonca əkin sahələrinin azalması ilə əlaqələndirilir. Yəni sahələrdən yetərincə ot yığılmır.

Biçin mövsümü olmasına baxmayaraq ot bağlamasının qiymətlərində artım müşahisə olunur.

Cəlilabadda Bir neçə həftə əvvəl 2 manat 2 manat 50 qəpiyə satılan ot bağlamasının qiyməti hazırda 4 manatdan 4 manat 50 qəpyə kimi bahalaşıb. Əslində hazırda yonca sahələrində 2 ci biçini həyata keçirildiyi üçün qiymətlər aşağa düşməli olduğu halda hazırda bunun tam əksi müşahidə olunur. Satıcılar deyirlər ki, əsasən Aran rayonlarından gətirilən ot bağlamalarının qiymətlərinin bahalaşması bu il yonca əkin sahələrinin azalması ilə əlaqədardır.

Digər tərəfdən yaz mövsümündə yağıntıların az düşməsi dəmyə şəraitində olan biçənəklərin inkişafına mənfi təsir edib.Sahələrdən gözləniləndən də az ot əldə olunub.

Otun bahalaşması satışa da təsir edib. Bərdədə ot alıb satanlar bıldirir ki, satış əvvəlki aya nisbətən azalıb.

Ot bağlamasının hazırki qiyməti demək olar ki, qış aylarındaki qiymətə bərabərdir.Otun bahalaşması küləş bağlamalarına təlabatı artırıb.Bir müddət əvvəl 70 qəpiyə satılan bu yemlər hazırda 1 manat 10 qəpiyə satılır.

Mütəxəssislər isə bildirir ki,otun bahalaşması ətin və ağartı məhsullarının qiymətinə də təsdir edə bilər. /Xəzərxəbər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi