azia.az
azia.az

Balakənin başçısı Natiq Ağayev 23 illik təcrübəsi olan Mehparə Nuriyevanı işdən çıxardı

15-12-2025, 11:06

Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi

Balakən Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub.

Azia.az  "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, 59 yaşlı M.Nuriyeva 2002-ci ildən bu vəzifədə idi. Əmək fəaliyyətinə 1988-ci ildə Balakən XDS İK-də baş iqtisadçı kimi başlayan M.Nuriyeva 1992-1998-ci illərdə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi