Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
Azia.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.
Belə ki, sözügedən binanın həmin bloku anidən uçub. Əvvəldən sakinlər köçürüldüyü üçün hadisə zamanı binada heç kim olmayıb və nəticəsində xəsarət alan olmayıb.
Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri də cəlb edilib. Ərazidə hazırda tədbirlər görülür.


DAŞKƏSƏNDƏ 2018-SOSİAL-İQTİSADİ İNKİŞAF YEKUNU VƏ 2019-QARŞIDA DURAN VƏZİFƏYƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİB
Nizaməddin Quliyevin Goranboyda vəzifəli şəxslərdən aldığı rüşvətin məbləği məlum olub - SİYAHI
