azia.az
azia.az

Həşimxanlı kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbirləri keçirilib

12-05-2025, 14:30

Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şıxsalahlı və Həşimxanlı kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.


Görüşlərdə RPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Anar İmamquliyev çıxış edərək gənclərin sağlam nəsil kimi formalaşması istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, narkomaniyaya qarşı mübarizənin əhəmiyyətindən danışıb. Narkomaniyanın fəsadlarından, insan sağlamlığına və həyatına göstərdiyi mənfi təsirlərdən söz açaraq iştirakçılara geniş məlumatlar verib.
Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi