Bir neçə gündür, dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan dəyib.
Xəbərə görə, bu, Laçın rayonunda sel fəlakəti ilə bağlı Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı birgə məlumatda əksini tapıb.
Bildirilib ki, normadan artıq yağan yağış nəticəsində kənd ətrafı dağ massivindən gələn sel suları bəzi evlərin zirzəmisinə dolub.
"Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və aidiyyəti qurumların nümayəndələri hazırda təbii fəlakət baş vermiş ərazidədirlər. Baş vermiş təbii fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılması məqsədilə əlaqələndirilmiş qaydada zəruri tədbirlər görülməkdədir", - məlumatda vurğulanıb.

DAŞKƏSƏNDƏ 2018-SOSİAL-İQTİSADİ İNKİŞAF YEKUNU VƏ 2019-QARŞIDA DURAN VƏZİFƏYƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİB
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı - Tam mətn
Azərbaycanda bu məcburi köçkünlərə dördotaqlı mənzil veriləcək – QƏRAR
Təcili!!! Rusiya ordusu Ukraynada Atom Elektrik Stansiyasını vurdu, nüvə fəlakəti təhlükəsi yarand
Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki...
Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA - Gələn ildən...
