Lerik əhalisinin milli tərkibi - Talışlar azərbaycanlılardan azdır - SİYAHI
1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Lerik rayonunda əhalinin sayı 85 201 nəfər olub.
Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Lerik əhalisinin 42 375 nəfərini kişilər, 42 826 nəfərini qadınlar təşkil edib.
Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 77,7 yaş olduğu bildirilir.
Rəsmi məlumata görə, 2022-ci ildə Lerikdə 609 nikah bağlanıb, 52 boşanma qeydə alınıb.
Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Lerik rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).
Məlum olub ki, Lerikdə azərbaycanlılar talışlardan çoxdur.
Belə ki, sonuncu siyahıyaalma zamanı Lerikdə yaşayan 63 131 nəfər azərbaycanlı olduğunu, 19 227 isə talış olduğunu bildirib.
Lerikdə ruslar, ukraynalılar, hətta tatarlar və yəhudilər də yaşayır.
Lerik rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik: